qirsh
SAYT UZRE AXTARISH
Главная » 2010 » yanvar » 20 » 20 yanvar faciəsindən 19 il ötür!!!
10.36.01
20 yanvar faciəsindən 19 il ötür!!!



20 yanvar –Ümumxalq hüzn günü
1990-ci il yanvarın 20-də saat 00:20 radələrində Azərbaycan SSR-nin Ali Sovetinin razılığı olmadan sayca 20 mindən çox olan, SSRİ-nin başqa regionlarandan gəlmiş Sovet qoşunları Bakı şəhərinə soxuldular. Bununla da SSRİ-nin və Azərbaycan SSR-nin konstitusiyaları kobudcasına və vəhşiliklə pozulmuş oldu.
Nəticədə 131 nəfər öldürüldü, 744 nəfər yaralandı, 400 nəfər həbs olundu, 4 nəfər itkin düşdü. Bunların içində asudə insanlar: gənclər, uşaqlar, qocalar və qadınlar da var idi.
Şəhərə ordunun girməsi və fövqəladə vəziyyətin elan edilməsi, SSRİ Ali Sovetinin 19 yanvar 1990-ci il tarixli qərarı və Qorbaçovun əli ilə olmuşdur. Bu haqda SSR-i Ali Sovetinin razılığı yalnız ordu girəndən 7 saat sonra elan edilmişdir.
Ordunun girməsilə Bakıda və bütün Azərbaycanda adi camaata qarşı görünməmiş cinayətlər başlandı.
Yanvarın 20-də bu vəhşiliklərə Bakı Ali Hərbi məktəbinin milliyətcə müxtəlif bir neçə yüz nəfər kursantları etiraz əlaməti bildirdilər və Salyan kazarmasında olan hərbi sürsat anbarının bir hissəsini ələ aldılar. Bundan başqa meyitlərin və yaralıların dənizlə başqa yerə aparılmasını eşidən 50-ə yaxın mülki gəmilər və neft tankerləri Bakı buxtasını dövrəyə aldılar və onlar ara-sıra Sovet Ordusunun hərbi gəmiləri tərəfindən atəşə məruz qalırdılar.
Şəhər cəbhə xəttini xatırladırdı. İki miliyonluq şəhərin, harada ki, neft, qaz istehsal olunur üstündə raketlə silahlanmış hərbi vertolyotlar fırlanırdı. Bütün ərzaq anbarlarını ələ alaraq, dükanlara aparmağı qadağan edirdilər. Dərmanların çatışmamazdlığından (Moskva dərmanların gətirilməsinə imkan vermirdi) yaralılar ölürdü.
1990-ci il yanvarın 22-də Sovet Hərbçilərinin binaların daşında yerləşdirdiyi pulemyotların ağızı altında, günahsız güllələnmiş qurbanları 1,5 milyona yaxın xalq son mənzilə yola saldı. Bakı öz oğul və qızlarını: azərbaycanlıları, rusları, yəhudiləri və başqa millətlərin nümayəndələrini yola salırdı. Dağlıq parkda "Şəhidlər xiyabanı” yerləşir. Burada Azərbaycanın azadlığı uğrunda öz canlarını qəhrəmancasına vermiş oğul və qızlarımızın qəbirləri yerləşir. Şəhidlər Xiyabanına bütün Azərbaycan xalqı səcdə edir. Hər il yanvarın 20-də Azərbaycan xalqı kecmiş SSRİ başçılarının: Qorbaçovun, Yazovun, Bakatinin, Primakovun, Kryuçkovun və Vezirovun sayəsində qəhrəmancasına şəhid olmuş vətəndaşlarımızın xatirəsini yad edir.

Прикрепления: şəkil 1 · şəkil 2 · şəkil 3
Просмотров: 1126 | Добавил: xuliqan | Рейтинг: 0.0/0
Всего комментариев: 1
1 xuliqan  
0
heart heart heart heart heart heart heart heart heart heart
ALLAH SIZE REHMET ELESIN

Имя *:
Email *:
Код *:
Вт, 14-Май-2024, 16.32.30
Приветствую Вас Гость
KALENDAR
«  yanvar 2010  »
ПнВтСрЧтПтСбВс
    123
45678910
11121314151617
18192021222324
25262728293031
ARIX ZAPISLER
SUAL
kompyuter-inizi neciya alibsiz??
Всего ответов: 165
Друзья сайта
  • Официальный блог
  • Сообщество uCoz
  • FAQ по системе
  • Инструкции для uCoz
  • Статистика

    ONLAYN-DA OLANLAR 1
    QONAG 1
    nik 0